Modern.az

Ermənistan onu Rusiyaya səfir göndərmək İSTƏYİR

Ermənistan onu Rusiyaya səfir göndərmək İSTƏYİR

Dünya

24 Oktyabr 2023, 14:08

Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Qurgen Arsenyan Ermənistan Respublikasının Rusiya Federasiyasındakı səfiri vəzifəsinə namizədliyi ilə bağlı mətbuatda yayılan məlumatı təsdiqləyib.

 

Modern.az xəbər verir ki, oktyabrın 24-də parlamentdə jurnalistlərlə söhbətində Arsenyan səfir olmağa razı olub-olmayacağı ilə bağlı suala cavab verib:



 “Əgər siz instituta sənəd verdinizsə, imtahandan keçdinizsə, daxil oldunuzsa, onda orada oxuyacaqsınız? Siz də eyni sualı verirsiniz”.

 

Ona belə bir təklifin olub-olmadığına aydınlıq gətirilməsi istənildikdə Arsenyan jurnalistlərə qəzəblənib: “Mənim sənədlərim hazırda Rusiya Federasiyasındadırsa, necə təklif olmasın?”.

 

Eyni zamanda, Arsenyan Moskvanın onun namizədliyini rədd etməsi ilə bağlı məlumatları dezinformasiya adlandırıb.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır