Modern.az

Həlak olan fələstinlilərin sayı 5800-ə çatır

Həlak olan fələstinlilərin sayı 5800-ə çatır

Dünya

24 Oktyabr 2023, 15:16

Toqquşmaların başladığı gündən bəri həlak olan fələstinlilərin sayı 5791 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” Qəzza zolağının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

 

Məlumata görə, təkcə son 24 saat ərzində 704 nəfər həlak olub.

 

Qeyd edək ki, İsrailə HƏMAS-ın hücumu ilə başlanan müharibə oktyabrın 7-dən bu yana davam edir. İsrail tərəfində 1.4 min insan həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar