Modern.az

Netanyahudan “Hizbullah”a xəbərdarlıq

Netanyahudan “Hizbullah”a xəbərdarlıq

Dünya

24 Oktyabr 2023, 15:20

İsrail Baş naziri Benyamin Netanyahu “Hizbullah”a xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb.

 

"Hizbullah” ciddi şəkildə bu müharibəyə qatılaraq səhv etsə, peşman olacaq", - İsrail hökumət başçısı deyib.

 

Netanyahu əlavə edib ki, “Hizbullah” sanki "İkinci Livan müharibəsi"nin həsrətindədir. O, İsrailin lazım gələrsə, tədbir görəcəyini və “Hizbullah”a qarşı dağıntıların ağlasığmaz olacağını vurğulayıb.

 

"Hizbullah” dəhşətli nəticələrlə üzləşməli olacaq", - o əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!