Özünü buraxmış qondarma “Artsax keçmiş dövlət naziri” Qurgen Nersisyan Ermənistanda vəkillik fəaliyyəti ilə məşğul olacaq.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Qurgen Nersisyan “dövlət naziri” təyin olunana qədər “Artsaxın baş prokuroru” olub. Onun səlahiyyətlərinə bu il fevralın 24-də erkən xitam verilib. Daha sonra o, “dövlət naziri” postunda milyarder Ruben Vardanyanı əvəz edib.
Bu il avqustun 31-də Qurgen Nersisyan “Artsax dövlət naziri” vəzifəsindən azad edilib.