Modern.az

İsrail prezidenti Makrona təşəkkür etdi - Bu çətin vaxtlarda...

İsrail prezidenti Makrona təşəkkür etdi - Bu çətin vaxtlarda...

Dünya

24 Oktyabr 2023, 15:56

"Bu çətin vaxtlarda İsrailə gəldiyi üçün Fransa prezidenti Emmanuel Makrona təşəkkür edirəm".

 

Modern.az xəbər verir ki, bunu İsrail prezidenti İsaak Hersoq X-də yazıb.

 

"İsrail dövlətinin yanında qərarlı duruşunuzu və İsrail xalqına olan dəstəyinizi və həmrəyliyinizi açıq şəkildə ifadə etməyinizi təqdir edirik. Bu hamı üçün əxlaqi keyfiyyətin zamanıdır. HƏMAS-ın qorxunc qətliamları legitimləşdirmə səyləri antisemitizmdir. Fransa da daxil olmaqla antisemitizmin qlobal miqyasda artmasından narahatlıq duyuruq və dünyanın hər yerində yəhudi icmalarındakı qardaşlarımızın rifahı və təhlükəsizliyi ilə bağlı narahatıq. Beynəlxalq birlik bütün ölkələrdəki yəhudiləri qorumaq üçün qərarlı addımlar atmalıdır", - o əlavə edib.

 

Qeyd edək ki, İsrailə səfər edən Makron Hersoqla yanaşı, ölkənin baş naziri Benyamin Netanyahu ilə də görüşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!