Modern.az

İsrail həlak olanların 84 faizinin şəxsiyyətini müəyyən edib

İsrail həlak olanların 84 faizinin şəxsiyyətini müəyyən edib

Dünya

25 Oktyabr 2023, 13:42

İsrail hakimiyyəti HƏMAS-ın hücumlarında həlak olan mülki şəxslərin cəsədlərinin 84%-nin şəxsiyyətini müəyyənləşdirib.

 

Modern.az xəbər verir ki, BBC bu barədə İsrail polisinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, ekspertlər HƏMAS-ın hücumu zamanı həlak olan 798 mülki şəxsin cəsədini müəyyən ediblər. Bu, həlak olan mülki şəxslərin ümumi sayının 84%-i deməkdir. Bundan başqa, polis döyüşlər zamanı həlak olan 308 əsgərin ailəsinə məlumat verib.

 

Polisin hesabatında həmçinin qeyd olunub ki, oktyabrın 7-dən indiyədək zorakılığa çağırışa görə 110 nəfər saxlanılıb, onlardan 17-nə qarşı ittiham irəli sürülüb.

 

Xatırladaq ki, Fələstin-İsrail qarşıdurması 7 oktyabrdan başlayıb və davam edir. Hər iki tərəfdən minlərlə insan həlak olub.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!