Modern.az

80 təcili yardım maşını "Rəfah"dadır

80 təcili yardım maşını

Dünya

1 Noyabr 2023, 12:48

Misirdən 80-ə yaxın təcili yardım maşını Qəzza zolağı ilə sərhəddəki "Rəfah" keçid məntəqəsinə gəlib.

 

Modern.az xəbər verir ki, CNN-in məlumatına görə, onlar münaqişənin qızışmasından sonra ilk dəfə olaraq yaralı fələstinliləri müalicəyə aparacaqlar.

 

AFP yazıb ki, bir neçə əcnəbiyə də keçid məntəqəsindən Misirə getməyə icazə verilib.

 

İordaniya kralı II Abdullah bin Hüseyn ABŞ prezidenti Co Baydenlə söhbətində humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək üçün Qəzzada atəşkəs və təcili humanitar reaksiyanın vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam edir. Hər iki tərəfdən minlərlə insan həlak olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək