Modern.az

Makron Tokayevə TƏŞƏKKÜR ETDİ

Makron Tokayevə TƏŞƏKKÜR ETDİ

Dünya

1 Noyabr 2023, 17:14

Qazaxıstanda səfərdə olan Fransa prezidenti Emmanuel Makron bu ölkənin 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq məqsədini yüksək qiymətləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.

 

O, bu istiqamətdə Qazaxıstana dəstək verməyə hazır olduğunu bildirib. Emmanuel Makron qeyd edib ki, Qazaxıstan Avropa ilə Asiya arasında birləşdirici körpüdür. Onun fikrincə, nəqliyyat marşrutları, ilk növbədə Orta Dəhliz vasitəsilə tərəfdaşlığın inkişafı vacibdir.

 

Makron Fransanın bu nəqliyyat marşrutunun inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb. Fransa prezidenti ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatı və qida sektorunda əməkdaşlığın geniş perspektivlərini qeyd edib.

 

Sonda qarşılıqlı maraq doğuran bir çox sahələrdə əməkdaşlığa hazır olduğuna görə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edib.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək