Modern.az

Rusiya müdafiəsini zəiflətmək məcburiyyətində qalıb - KƏŞFİYYAT

Rusiya müdafiəsini zəiflətmək məcburiyyətində qalıb - KƏŞFİYYAT

Dünya

2 Noyabr 2023, 14:50

Bir neçə hava hücumundan müdafiə sistemini itirdikdən sonra Rusiya müdafiəsini zəiflətmək məcburiyyətində qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının gündəlik bülletenində qeyd olunub.

 

Britaniyalı analitiklər qeyd ediblər ki, Rusiya ordusu son günlər Ukraynanın zərbələri nəticəsində ən azı 4 uzaqmənzilli hava hücumundan müdafiə raket buraxılış qurğusunu itirib.

 

Rusiya mətbuatının məlumatına görə, Luqansk vilayətinin işğal olunmuş ərazisində 3 SA-21 qurğusu məhv edilib. Ukrayna mənbələri də Krımda Rusiya hava hücumundan müdafiə qüvvələrinin itkilərini bildirib.

 

Britaniya kəşfiyyatı bülletendə vurğulayıb ki, son itkilər Rusiyanın hava hücumundan müdafiə sisteminin müasir dəqiqlikli silahlara qarşı həssas olduğunu göstərir.

 

Rusiya Silahlı Qüvvələri çox güman ki, bəzi ərazilərdə hava hücumundan müdafiə qüvvələrini zəiflədərək məhv edilmiş sistemləri əvəz edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək