Modern.az

Deputatlar parlamentin iclasında tüstü bombaları atdılar

Deputatlar parlamentin iclasında tüstü bombaları atdılar

Dünya

2 Noyabr 2023, 16:24

Albaniyada müxalif deputatlar bəzi qanunvericilik dəyişikliklərinin müzakirəsi planlaşdırılan parlamentin iclasını əngəlləyiblər.

 

Modern.az xəbər verir ki, müxalifət partiyalarından olan deputatlar, xüsusilə də ana müxalifət partiyası olan Albaniya Demokratik Partiyasının (PD) deputatları parlamentdəki müzakirələrin qarşısını almaq üçün tribunanın qarşısına stullar qoyub, tüstü bombaları atıblar.

 

Sessiyanın açılışındakı çıxışında Albaniya parlamentinin sədri Lindita Nikolla baş verənləri “Albaniya parlamenti üçün utanc” kimi qiymətləndirib.

 

Parlamentdəki bütün gərginliyə baxmayaraq, deputatlar bəzi qanun layihələrini təsdiqləyiblər, daha sonra parlamentin sədri Nikolla iclası yekunlaşdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək