Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə danışıqlar aparıb.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında yazıb.
“Mən Şarl Mişellə telefon danışığı apardım və onu Maastrixt müqaviləsinin 30-cu ildönümü münasibətilə təbrik etdim”, - o bildirib.
"Biz razılaşdıq ki, Ukrayna ilə Aİ daha da güclənəcək. Mən həmsöhbətimi ölkəmizə səfərə dəvət etdim", - Zelenski əlavə edib.