Modern.az

Blinkenin Yaxın Şərq turnesi - Nələr məlumdur?

Blinkenin Yaxın Şərq turnesi - Nələr məlumdur?

Dünya

3 Noyabr 2023, 10:48

ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfərində bir sıra görüşlər keçirəcək.

 

Modern.az xəbər verir ki, ABŞ dövlət katibi İsrailə səfər edəcək, daha sonra İordaniyaya yollanacaq.

 

İsraildə o, təkcə ölkəyə ABŞ-ın dəstəyi barədə təminat verməyəcək, həm də Qəzza zolağında mülki əhalinin müdafiəsi məsələləri ilə məşğul olacaq. ABŞ Dövlət Departamentinin məlumatına görə, Blinken İordaniyada Qəzza zolağı ilə bağlı humanitar məsələləri də müzakirə edəcək.

 

Eyni zamanda, “The Times of Israel” qəzeti adı açıqlanmayan mənbələrə istinadən yazıb ki, Blinkenin səfəri zamanı Əmmanda Birləşmiş Ştatların müttəfiq ərəb ölkələrinin xarici işlər nazirlərinin görüşü baş tuta bilər.

 

Tədbir Blinkenin oktyabrın ortalarında bölgəyə son səfəri zamanı baş tutmalı idi, lakin Qəzza zolağında xəstəxananın atəşə tutulması xəbərləri fonunda bu tədbir ləğv edilmişdi. Sonradan bu məlumatlar təkzib edildi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək