Modern.az

Pakistanda partlayış - 5 nəfər öldü

Pakistanda partlayış - 5 nəfər öldü

Dünya

4 Noyabr 2023, 08:30

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində polis maşınının yaxınlığında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə polis və hökumət nümayəndələri məlumat verib.

 

Rayon komissarının müavini Mənsur Ərşad “Sinxua” agentliyinə bildirib ki, partlayış polis maşını yuxarıda adı çəkilən əyalətin Dera-İsmayıl-Xan rayonunda insanların sıx olduğu bazardan keçərkən baş verib.

 

O, yaralılar arasında ən azı 7 polis əməkdaşının olduğunu bildirib. Hücum motosikletə quraşdırılmış əldəqayırma partlayıcı qurğu vasitəsilə həyata keçirilib.

 

Bütün zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

 

Polis hadisə ilə bağlı araşdırmalara başladığını bildirib. Hələlik hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək