Xəbər verdiyimiz kimi, şənbə günü Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası keçirdiyi qurultayda Özgür Özeli yeni sədr seçib.
Modern.az xəbər verir ki, Özel sədr kimi ilk görüşünü İstanbulun CHP-li bələdiyyə sədri Ekrem İmamoğlu ilə keçirib.
Bu barədə CHP-nin feysbuk səhifəsində paylaşılan məlumatda deyilir: "Sədrimiz cənab Özgür Özül 38-ci növbəti qurultayımızın Divan sədri və İstanbul bələdiyyəsinin sədri cənab Ekrem İmamoğlu ilə ofisində görüşüb".
Qeyd edək ki, qurultay dünən də davam edib. Şənbə günü sədrini seçən partiya bazar günü Məclis və Disiplin Komissiyasının üzvlərini müəyyən edib.


