Modern.az

İƏT liderlərinin fövqəladə toplantısı KEÇİRİLƏCƏK

İƏT liderlərinin fövqəladə toplantısı KEÇİRİLƏCƏK

Dünya

7 Noyabr 2023, 07:52

İran Prezidentinin və bəzi digər ölkələrin, o cümlədən Səudiyyə Ərəbistanı başçılarının xahişi ilə tezliklə Ər-Riyadda İslam dövlətləri rəhbərlərinin görüşü keçiriləcək.

 

Modern.az RNA-ya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı və İran İslam Respublikasının xarici işlər nazirləri telefon danışığı zamanı müzakirə ediblər.

 

Telefon məsləhətləşmələri zamanı Fələstində baş verən hadisələrin nəzərdən keçirilməsi, Qəzzada və İordan çayının qərb sahilindəki hadisələrə son qoyulması, humanitar yardımların göndərilməsinin davam etdirilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatı liderlərinin fövqəladə toplantısının təşkil olunması vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək