“Mən indi mandat haqqında danışmaq istəmirəm”.
Modern.az xəbər verir ki, bunu polisi döymək ittihamı ilə həbs edilən Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan deputat mandatı aldıqdan sonra sərbəst buraxılarkən deyib.
“Artıq neçə illərdir ki, ölkədə hüquqi xaosun şahidi oluruq. Hər dəfə daha çox şeyə qadir olduqlarını sübut edirlər. Mənim kimi və bir çox insanlar gülünc, qondarma ittihamlarla həbs olunublar. Amma ümid edirən ki, hamısı azad olunacaqlar”.
L.Köçəryan deyib ki, manadat alması gözlənilməz olub:
“İndi mandat haqqında danışmayacağam, bütün bunlar mənim üçün sürpriz oldu. Əsas odur ki, mən azadam, qalanları danışmaq üçün səbəb olacaq”.
“Deputat mandatından məhrum olmaqdan qorxursunuzmu” sualına Levon Köçəryan belə cavab verib: “Mən bu hakimiyyətdən hər şeyi gözləyirəm, onlar hər şeyə qadirdirlər”.