Modern.az

Putinlə dostluğum siyasi karyeramın ən böyük səhvidir – Eks-prezident

Putinlə dostluğum siyasi karyeramın ən böyük səhvidir – Eks-prezident

Dünya

7 Noyabr 2023, 14:12

Çexiyanın keçmiş prezidenti Miloş Zeman Rusiya prezidenti Vladimir Putinə dost münasibətini siyasi karyerasında ən böyük səhv hesab etdiyini deyib.

 

Modern.az xəbər verir ki, siyasətçi bunu Çexiyanın “Nova” telekanalının müxbiri ilə söhbətində bildirib.

 

79 yaşlı siyasətçi prezidentliyinin ən böyük uğursuzluğunun nə olduğu barədə sualı cavablandırarkən, “Vladimir Putin haqqında tamamilə yanılmışam, axı  Ukraynanın işğalı kimi təcavüzə necə yol vermək olar..”.

 

Miloş Zeman 2013-cü ildən 2023-cü ilin martına qədər prezident vəzifəsini tutub. Bundan əvvəl o, Çexiyanın baş naziri vəzifəsində çalışıb.

 

O, Çexiyanın ümumxalq səsverməsi ilə seçilən ilk prezidentidir. Zemanı  “Vladimir Putinin dostu” adlandırırdılar.

 

2015-ci ilin mayında Krımın ilhaqından sonra o, digər Qərb liderlərindən fərqli olaraq 9 May Qələbə paradında iştirak etmək üçün Moskvaya getmişdi.

 

2017-ci ilin oktyabrında siyasətçi deyib ki, “Kiyev Krıma görə Moskvadan maliyyə təzminatı ala və bu məsələni bağlaya bilər”.

 

İki il sonra o, bu fikri təkrarlayaraq, Krımın Ukraynaya qaytarılmasına nə Moskvanın, nə də heç bir liderin heç vaxt razı olmayacağına inandığını bildirmişdi.

 

Çex Respublikasının xarici siyasəti Nazirlər Kabineti tərəfindən müəyyən edilir, Prezident əsasən nümayəndəlik səlahiyyətlərinə malikdir və onun xarici siyasət məsələlərinə dair şərhləri yalnız şəxsi rəy hesab olunur.

 

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində Zeman Kremlin böyük müharibəyə hazırlığı ilə bağlı ABŞ kəşfiyyatını ələ salmışdı.

 

Lakin müharibə başlayandan sonra Zeman səhvini etiraf edib, təcavüzü qəti şəkildə pisləyib və Moskvaya qarşı sərt sanksiyaların tətbiqini təklif edib.

 

“Nova”ya müsahibəsində Zeman deyib ki, Rusiyanın işğalı təkcə Ukraynaya deyil, həm də Rusiyanın özünə ziyan vurub.

 

“İnsanlar başa düşmürlər ki, Vladimir Putin öz ölkəsinə ciddi ziyan vurub” – deyə Çexiyanın keçmiş prezidenti Mişol Zeman bildirib.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək