Modern.az

Almaniyada qaçqınlar üçün müavinətlər azaldılacaq

Almaniyada qaçqınlar üçün müavinətlər azaldılacaq

Dünya

7 Noyabr 2023, 15:48

Almaniyada yeni ildən bütün qaçqınlar üçün sosial müavinətlər azaldılacaq.


Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts və əyalət hökumət başçıları bu barədə razılaşıblar.

 

Belə ki, 2024-cü ildən federal mərkəz Almaniyada hər sığınacaq axtaran şəxs üçün ildə 7500 avro məbləğində pul ödəyəcək. Qaçqınlar üçün ümumi sosial müavinətlər azalacaq. Sığınacaq axtaranlar isə sosial müavinət hüququnu indiki kimi 1 il yarımdan sonra deyil, yalnız 3 il güzəştli müavinət aldıqdan sonra ala biləcəklər.

 

Berlində keçirilən görüşdə həmçinin qaçqınlara xidmət haqqını ödəmək üçün xüsusi kartın verilməsi qərara alınıb ki, bu da onların nağd pula çıxışını məhdudlaşdıracaq. Bunun üçün işçi qrupu yanvarın sonuna kimi müvafiq model hazırlamalıdır.

 

Almaniya hökuməti hesab edir ki, ixtisar əyalətlərə və bələdiyyələrə 1 milyard avroya qənaət etməyə imkan verəcək. Almaniyanın maliyyə naziri Kristian Lindner kompromisdən məmnunluğunu ifadə edərək, bunun təkcə əyalət və bələdiyyələrin maliyyə vəziyyətini asanlaşdırmayacağına, həm də “Almaniya sosial dövlətinin miqrantlar üçün cəlbedici gücünü zəiflədəcəyinə” işarə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək