Modern.az

Qəzzada həyatını itirənlərin sayı ilə bağlı yeni rəqəm AÇIQLANDI

Qəzzada həyatını itirənlərin sayı ilə bağlı yeni rəqəm AÇIQLANDI

Dünya

7 Noyabr 2023, 16:44

Qəzza Səhiyyə Nazirliyi müharibə zamanı həlak olanlarla bağlı yeni məlumatlar açıqlayıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, HƏMAS-ın nəzarətində olan Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bəri İsrailə qarşı müharibədə 4237-si uşaq olmaqla, 10328 nəfər həlak olub.

 

HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi Fələstin anklavında ölən və yaralananların sayı ilə bağlı yeganə məlumat mənbəyidir.

 

Digər təşkilatlar kimi BBC-nin də bu rəqəmləri müstəqil şəkildə yoxlamaq imkanı yoxdur.

 

Qeyd edək ki, 7 oktyabrdan başlanan Fələstin-İsrail qarşıdurması davam edir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək