Modern.az

F-16-lar Niderlanddan Rumıniyaya gətirildi - Ukrayna üçün

F-16-lar Niderlanddan Rumıniyaya gətirildi - Ukrayna üçün

Dünya

7 Noyabr 2023, 17:10

İlk 5 F-16 qırıcısı Ukrayna və Rumıniya pilotlarına təlim keçmək üçün Niderlanddan Rumıniyaya göndərilib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib.

 

Ümumilikdə, ölkə Rumıniyada yaxın vaxtlarda açılacaq Avropa təlim mərkəzi üçün bu qırıcılardan 12-18 ədədini tədarük edəcək.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək