Modern.az

Şimali Koreyadan qaçmaq istəyənlər minaya düşdü

Şimali Koreyadan qaçmaq istəyənlər minaya düşdü

Dünya

7 Noyabr 2023, 17:40

Şimali Koreyadan qaçmağa çalışan 5 nəfər minaya düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Daily NK məlumat yayıb.

 

Hadisə Şimali Koreyanın Çinlə sərhədində baş verib.

 

Sözügedən şəxslərin taleyi ilə bağlı məlumat verilməyib.

 

Şimali Koreya vətəndaşlarının Çinə pul qazanmaq üçün qaçdıqları ehtimal olunur.

 

O da qeyd edilib ki, sentyabr ayında ölkədən qaçmaq istəyən üç nəfər mina partlaması nəticəsində həyatını itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...