Qəzza zolağının Misirlə sərhədindəki "Rəfah" keçid məntəqəsinə 28 vaxtından əvvəl doğulmuş körpə gətirilib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti bildirib.
Qeyd olunub ki, dünən Əl-Şifa xəstəxanasından təxliyə edilən 28 vaxtından əvvəl doğulmuş körpə tibbi yardım almaq üçün Misirin "Rəfah" keçidinə aparılıb.
Misirin səhiyyə nazirinin körpələri qəbul edən qrupun tərkibində Qəzza sərhədindən təxminən 50 kilometr aralıda yerləşən Əl-Ariş hava limanında olduğu bildirilir.
Bu həftə sonu Əl-Şifa Xəstəxanasından ümumilikdə 31 uşaq təxliyə edilib, lakin daha üç uşağın Misirə nə vaxt çatdırılacağı və nə üçün yalnız 28 körpənin "Rəfah" keçidinə aparıldığı hələ məlum deyil.