Modern.az

Ukraynanın enerji obyektləri qışa hazırlanır - Üçsəviyyəli mühafizə

Ukraynanın enerji obyektləri qışa hazırlanır - Üçsəviyyəli mühafizə

Dünya

20 Noyabr 2023, 17:12

Ukraynada enerji obyektləri qış üçün üçsəviyyəli mühafizə ilə təmin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Strana" yazıb.

 

Belə ki, quraşdırılan qabionlar (daşlı qəfəslər) və böyük çantalar (yumşaq qablar) 21 sahədə 90 obyekti dağıntılardan qoruyur. "Ukrenerqo"nun əsas şəbəkəsi ətrafında dronlardan qoruyan beton konstruksiyalar qurulub. Bunlar 14 regionda 22 yarımstansiya və 63 avtotransformatorda təchiz edilib.

 

14 regiondakı 22 yarımstansiyada güclü raketlərin birbaşa zərbələrindən müdafiə sistemi də hazırlanıb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...