Modern.az

Moskvadan Finlandiya səfirinə ETİRAZ

Moskvadan Finlandiya səfirinə ETİRAZ

Dünya

20 Noyabr 2023, 17:52

"Rusiya Federasiyası Finlandiya səfirinə ən çox istifadə edilən sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı etirazını bildirib".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu, Rusiya XİN-in yaydığı açıqlamada qeyd olunub.

 

"Finlandiyanın Rusiya Federasiyası ilə sərhəddəki keçid məntəqələrini bağlamaq qərarı Moskva ilə heç bir məsləhətləşmə aparılmadan tələsik qəbul edilib. Sərhəddə bir sıra keçid məntəqələrini bağlamaq qərarı təxribat xarakterlidir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirmək cəhdlərinə uyğundur. Finlandiyanın Rusiya Federasiyası ilə sərhəddə bir sıra keçid məntəqələrini bağlaması hər iki ölkənin on minlərlə vətəndaşının hüquqlarını pozur", - deyə Rusiya XİN-in açıqlamasında iddia edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...