Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) 31 mart 2024-cü ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində namizəd olmaq üçün müraciət müddəti bu gün yerli vaxtla 19:00-da başa çatır.
Modern.az TRT-yə istinadən xəbər verir ki, proses tamamlandıqdan sonra partiyadaxili sorğu keçiriləcək.
Noyabrın 26-da onlayn keçiriləcək anket sorğusunda 150 min təşkilat üzvünün rəyi nəzərə alınacaq. Partiya üzvlərindən "kimi namizəd kimi görmək istərdiniz?" soruşulacaq.
Partiyanın yerli təşkilatlar üzrə məsul şöbəsi əyalətlərdəki təşkilatların hazırladığı müşahidə hesabatlarını da qiymətləndirəcək.