"XİN başçısı Ceyhun Bayramovla Böyük Britaniya və Azərbaycanın gələcək əməkdaşlığı barədə məhsul fikir mübadiləsi apardıq".
Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa işləri üzrə dövlət naziri Leo Dokerti X-də yazıb.
"Minatəmizləmə, narkotiklərlə və terrorizmlə mübarizə, eləcə də təmiz enerji sahələrindəki əməkdaşlıqdan ortaq maraqlarımız yararlanır", - o əlavə edib.
Qeyd edək ki, Dokerti Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycanda da olub və bir sıra görüşlər keçirib.