Modern.az

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

Dünya

23 Noyabr 2023, 10:10

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1130 hərbçisini itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 321 800 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 20 tank, 36 zirehli döyüş maşını, 33 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək