Ermənistanda gələn il növbədənkənar seçkilər keçirilə bilər.
Modern.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Bildirilir ki, siyasi dairələr gələn il növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə fəal müzakirələr aparırlar.
"Hökumət mövzunu gündəmə gətirib. Nikol Paşinyan hakim partiyanın İdarə Heyətinin son iclaslarının birində növbəti dəfə bildirib ki, onlar yeni seçkilər keçirmək və yenidən seçilmək, parlamentin hazırkı imicini tamamilə dəyişmək, parlamentin yeni imicini tamamilə dəyişmək üçün kifayət qədər işlər görəcəklər", - qəzet qeyd edib.
Xatırladaq ki, Ermənistandan bundan əvvəl 2021-ci ildə növbədənkənar seçkilər keçirilib.