Modern.az

Mirzoyan belaruslu həmkarı ilə DANIŞDI

Mirzoyan belaruslu həmkarı ilə DANIŞDI

Dünya

24 Noyabr 2023, 19:36

Belarusun xarici işlər naziri Sergey Aleynik erməni həmkarı Ararat Mirzoyanla telefonla danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik”in Belarus bürosu məlumat yayıb.

 

Məlumata əsasən, Aleynik Mirzoyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son sammiti barədə məlumatlandırıb.

 

Tərəflər arasında regiondakı vəziyyət və ikitərəfli münasibətlər gündəliyində yer alan cari məsələlər müzakirə olunub.

 

Nazirlər həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...