Modern.az

Türkiyə terrorçulara aid 17 hədəfi məhv etdi

Türkiyə terrorçulara aid 17 hədəfi məhv etdi

Dünya

25 Noyabr 2023, 00:44

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraqın şimalında yerləşən terror qruplaşmalarına qarşı hava əməliyyatı keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

 

Qeyd edilib ki, İraqın şimalında yerləşən Qara, Metina, Hakurk və Qəndildə keçirilən əməliyyat nəticəsində terrorçulara aid mağaralar, sığınacaqlar olmaqla, ümumilikdə, 17 hədəf məhv edilib. Əməliyyat zamanı çox sayda terrorçu zərərsizləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...