"Atamı itirməyimin üstündən 1 ay keçmişdi ki, dünən sevgili anam Güner Babacanı da itirdim".
Modern.az xəbər verir ki, bunu Türkiyənin müxalif DEVA Partiyasının sədri, sabiq XİN başçısı və iqtisadiyyat naziri Ali Babacan X-də yazıb.
"Bu böyük kədərimizdə bizi yalnız buraxmayaraq cənazəyə və yasa gələn, telefonla və sosial media vasitəsilə başsağlığını çatdıran hər kəsə çox təşəkkür edirəm. Allah əskikliyinizi göstərməsin. Anam yardımsevərliyi ilə, sevgisi ilə, şəfqəti ilə bütün ailəmizin həm ağlı, həm də qəlbi idi. Rəbbim məkanını cənnət eləsin", - deyə siyasətçi qeyd edib.
Xatırladaq ki, dəfn mərasimində partiya sədrləri, rəsmi şəxslər, ictimai xadimlər və digər insanlar iştirak ediblər.