ABŞ dekabr ayında Ukraynaya daha bir hərbi yardım paketi ayıracaq və bundan sonra vəsait tükənəcək.
Modern.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden Ukraynaya yardımın maliyyələşdirilməsi ilə bağlı qərarda respublikaçılarla güzəştə getməyə hazırdır.
“Ukraynanın hələ də köməyimizə ehtiyacı var və Konqresin öz milli təhlükəsizliyimiz naminə azadlığımız və demokratiyamız üçün hərəkətə keçməsinin və ayağa qalxmasının vaxtı çoxdan çatıb”, - deyə Kirbi bildirib.
O əlavə edib ki, Co Bayden “həm siyasi cəbhədə, həm də sərhədlərin qorunması məsələsində” danışıqlara və kompromislərə hazırdır.