Modern.az

ABŞ-dən qiyamçılara qarşı gözlənilməz addım

ABŞ-dən qiyamçılara qarşı gözlənilməz addım

Dünya

19 Dekabr 2023, 00:59

Birləşmiş Ştatlar Yaxın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəmənin husi üsyançılarının yarada biləcəyi təhlükəyə qarşı beynəlxalq koalisiya qurmaq üçün çalışır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında deyib.

 

“Bu hücumlar (Qırmızı dənizdə gəmilərə qarşı – red.) ehtiyatsız və təhlükəlidir, beynəlxalq hüququ pozur. Buna görə də biz bu təhlükə ilə mübarizə aparmaq üçün beynəlxalq koalisiya yaratmaq üçün addımlar atırıq”, - deyən Pentaqon rəhbəri husilərdən gələn təhlükənin “müvafiq cavaba layiq beynəlxalq problem” olduğunu vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!