Modern.az

Husilər səfərbərlik elan etdilər

Husilər səfərbərlik elan etdilər

Dünya

12 Yanvar 2024, 07:54

Yəmənin husilərin nəzarətində olan əksər əyalətlərində səfərbərlik elan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Ənsar Allah” üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi “Al Masirah” telekanalında çıxışı zamanı bildirib.

 

"Xalqımız əksər əyalətlərdə hərbi səfərbərlik fəaliyyətlərinə keçdi və çağırışçıların sayı minlərlədir", – deyə o qeyd edib. O, həmçinin “Ənsar Allah” tərəfdarlarını "çətin şəraitə baxmayaraq, hərbi təlimlərə, nümayişlərə, yürüşlərə və pul ianələrinə" davam etməyə çağırıb.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!