Modern.az

"Kommunist başqan" Kadıköydən namizəd oldu

Dünya

16 Yanvar 2024, 17:48

Türkiyə Kommunist Partiyası (TKP) "kommunist başqan" ləqəbi ilə məşhur olan Fatih Mehmet Maçoğlunun İstanbul vilayətinin Kadıköy rayonundan namizəd olduğunu açıqlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın açıqlamasında Kadıköydə güclü ittifaqla kommunist prinsiplərə söykənən xalqçı bələdiyyə nümunəsi yaradılacağı bildirilib.

 

Qeyd olunub ki, Fatih Mehmet Maçoğlunun namizədliyini dəstəkləyən siyasi partiya və qurumlarla danışıqlar davam edir.

 

Xatırladaq ki, bundan əvvəl Maçoğlu Tunceli vilayətinin bələdiyyə sədri seçilmişdi.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!