Modern.az

Səudiyyə İsrailə şərt qoydu 

Səudiyyə İsrailə şərt qoydu 

Dünya

21 Yanvar 2024, 20:21

Fələstin probleminin uzunmüddətli həlli tapılmayana qədər Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdıra bilməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud CNN telekanalına müsahibəsində bildirib.

 

O, jurnalistin müvafiq sualına cavabında deyib: “Bizim üçün faydalı olan yeganə yol budur. Sabitliyə ehtiyacımız var, ümid edirəm ki, bu, Fələstin probleminin həlli ilə əldə olunacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır