Ağcabədidə boğulma hadisəsi baş verib.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ağcabədi rayon Taxta Körpü ərazisində olan Axmaz adlanan gölməçədə olub.
Belə ki, Laçın Rayon Fingə kənd sakini 1974-cü il təvəllüdlü Əliyev Rafiq Muğan oğlu balıq tutmağa gedərkən orada boğularaq ölüb.
Gölməçə yaxınlığından keçən sakinlər R.Əliyevin meytini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.