Modern.az

Kiyevdə ard-arda PARTLAYIŞLAR

Kiyevdə ard-arda PARTLAYIŞLAR

Dünya

23 Yanvar 2024, 09:52

Ukraynanın paytaxtı Kiyev səhər saatlarında Rusiya ordusu tərəfindən atəşə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.

 

Bildirilir ki, ard-arda partlayışlar qeydə alınıb və hava hücumundan müdafiə sistemi işə düşüb.


"Kiyevdə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. Hava hücumu xəbərdarlığı aradan qalxana qədər sığınacaqlarda qalın", - məlumatda deyilir.

 

Hazırda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

 

Məlumata görə, təcili yardım maşınları partlayışlar olan bölgəyə cəlb edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!