Modern.az

Rusiyanın liftləri yeniləməyə pulu yoxdur

Rusiyanın liftləri yeniləməyə pulu yoxdur

Dünya

24 Yanvar 2024, 17:50

Rusiyada köhnə liftləri əvəz etməyə pul yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə “Kommersant” Rusiya Lift Assosiasiyasına istinadən məlumat yayıb.

 

1 il ərzində Rusiya ölkədə fəaliyyət göstərən 550 min liftdən 100 mindən çoxunu dəyişdirməli olacaq, lakin ən azı 45 min avadanlığı yeniləmək üçün vəsait yoxdur. Materialda deyilir ki, son iki ildə liftlər 1.5 dəfə bahalaşıb.

 

Köhnə liftlərin əslində necə əvəz olunması ilə bağlı problemlər də var. Nəşrin həmsöhbətləri deyiblər ki, kifayət qədər Rusiya məhsulları istehsal olunmur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!