Modern.az

Fermerlər Avropa Parlamentinin qarşısında etiraza qalxdı

Fermerlər Avropa Parlamentinin qarşısında etiraza qalxdı

Dünya

2 Fevral 2024, 00:26

Belçika və İtaliya başda olmaqla müxtəlif Avropa ölkələrindən olan minlərlə fermer Brüsseldə Avropa Parlamentinin qarşısına toplaşıb.

 

Modern.az xəbər verir ki, fermerlər Avropa İttifaqının Liderlər Sammitinin keçirildiyi ərazinin ətrafında traktorları ilə nəqliyyatın hərəkətinə əngəl törədiblər.

 

Onlar parlament binasının qarşısında təkər, peyin və odun qoyaraq etirazlarını ifadə ediblər. Fermerlərin qarşısını almaq üçün Belçika polisi parlament şəhərciyinin ictimaiyyətə açıq olan girişlərini tikanlı məftillərlə bağlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı