Modern.az

Bolqarıstan "Bandotdel"inin rəisi Rusiya casusu imiş

Bolqarıstan "Bandotdel"inin rəisi Rusiya casusu imiş

Dünya

5 Fevral 2024, 15:44

Bolqarıstanda ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşı Rusiyaya casusluqda şübhəli bilinərək saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.

 

Həmin şəxs nazirliyin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı olub. Bolqarıstan Dövlət Milli Təhlükəsizlik Agentliyinin məlumatına görə, saxlanılan şəxs məxfi məlumatları Rusiya agentlərinə ötürüb.

 

O, məxfi məlumatları Rusiyanın Sofiyadakı səfirliyinin daha əvvəl persona-non-qrata elan edilmiş keçmiş diplomatına ötürüb. 2023-cü ilin payızında Bolqarıstan hakimiyyəti casusluqda şübhəli bilinən “Rossiyskaya qazeta”nın jurnalisti Aleksandr Qatsakı ölkədən çıxarıb.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı