Modern.az

Haitidə qalmaqal - Yüzlərlə məhbus azad edildi

Haitidə qalmaqal - Yüzlərlə məhbus azad edildi

Dünya

3 Mart 2024, 10:34

Silahlı qrupların üzvləri Haitinin Port-o-Prensdəki əsas həbsxanasına hücum edərək bir neçə yüz məhbusu azad ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə yerli “Gazette Haiti” xəbər portalı məlumat yayıb.

 

Hücum Keniyada silahlı qruplarla mübarizə aparmaq üçün Haitiyə sülhməramlı kontingent göndərmək barədə razılığa gələn baş nazir Ariel Henrinin ölkədə olmadığı vaxt baş verib.

 

Portalın məlumatına görə, məhbuslar buraxıldıqdan sonra həbsxana nəzarətçiləri azadlığa buraxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı