Modern.az

Paşinyan Sisi ilə nələrdən DANIŞDI?

Paşinyan Sisi ilə nələrdən DANIŞDI?

Dünya

5 Mart 2024, 16:48

 

Misir prezidenti Əbdülfəttah əs-Sisi və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Qahirədə Ermənistanın baş naziri ilə apardığı danışıqlardan sonra əs-Sisi regionda hərtərəfli və ədalətli sülhün əldə olunmasına ümid etdiyini bildirib.

 

Tərəflər həmçinin ticarət həcmini artırmağa, o cümlədən süni intellekt, qida və əczaçılıq sənayesi sahəsində tədqiqatlar da daxil olmaqla yeni əməkdaşlıq sahələri açmağa hazır olduqlarını vurğulayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?