Modern.az

"Knauf" Rusiyadan GEDİR

Dünya

22 Aprel 2024, 14:30

Almaniyanın tikinti materialları istehsalçısı "Knauf" Rusiya bazarını tərk etdiyini açıqlayıb.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, şirkət Rusiyada 30 ildən artıqdır, bütün ölkə ərazisində inşaat materialları zavodları və inşaatçılar üçün təlim mərkəzləri yaradaraq işləyir.

 

"Knauf" Rusiya Federasiyasında quru tikinti və daxili bəzək, istilik və səs izolyasiyası, tavan və divar modul konstruksiyaları üçün materiallar istehsal edir və satır. Şirkət Rusiya Federasiyasında gips bitirmə materiallarının ən böyük istehsalçısı idi.

 

“Mövcud hadisələrin fonunda "Knauf" 30 ildən artıq müddətdən sonra Rusiyadakı biznesi ilə yollarını ayırmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?