Modern.az

90 minə yaxın BYD avtomobili geri çağırılır

90 minə yaxın BYD avtomobili geri çağırılır

Dünya

30 Noyabr 2025, 09:07

Çinin BYD konserni 2021-ci ilin əvvəlindən 2023-cü ilin payızına qədər istehsal olunmuş 89 min ədəd "Qin Plus DM" hibrid modelini yerli bazardan geri çağırır.

 

Modern.az bu barədə Carnewschina.com saytına istinadla xəbər verir.

 

Qeyd olunur ki, avtomobillərin bir hissəsi səhv yığılmış batareya modulları ilə təchiz oluna bilər. Bu, çıxış gücünün məhdudlaşmasına səbəb olur və ekstremal rejimlərdə avtomobil tamamilə təmiz elektrik rejimində hərəkəti dayandıra bilər ki, bu da təhlükəsizlik riskləri yaradır.

 

Dilerlər geri çağırılan "Qin Plus DM" avtomobillərinin sahiblərini proqram təminatını yeniləmək zəruriliyi barədə məlumatlandıracaq. Bütün işlər pulsuz həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV