Modern.az

İsraildən Qəzza zolağına hava zərbələri

İsraildən Qəzza zolağına hava zərbələri

Dünya

30 Noyabr 2025, 15:14

İsrail təyyarələri Qəzza zolağının cənub hissəsinə zərbələr endirib, həmçinin İordan çayının qərb sahilində reydlər keçirib.

 

Modern.az xəbər verir ki, "Al Jazeera" bu barədə məlumat yayıb.

 

Məlumata görə, İsrail ordusu mərkəzi hissədə yerləşən Bureyc qaçqın düşərgəsi yaxınlığında "sarı xəttin" arxasındakı əraziyə hava hücumu həyata keçirib.

 

İsrail qırıcıları, həmçinin Rəfahın şərq hissəsini bombalayıb, ordu isə Xan Yunisin şərqində partlayış işləri aparıb.

 

Fələstinin "Qüds" agentliyi isə Qəzza zolağının şimalının havadan atəşə tutulduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi