Modern.az

Vens: ABŞ İranda bütün məqsədlərinə çatıb

Vens: ABŞ İranda bütün məqsədlərinə çatıb

Dünya

Bu gün, 09:42

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Birləşmiş Ştatlar İranda bütün məqsədlərinə nail olub və münaqişəni başa çatdırmaq mərhələsinə keçə bilər.

Modern.az-ın məlumatına görə, Vens Fox News-a müsahibəsində deyib: “Düşünürəm ki, biz artıq elə bir vəziyyətdəyik ki, məqsədlərimizə çatmışıq. Bu prosesi tədricən dayandırmağa başlaya bilərik”.

O əlavə edib ki, münaqişəni uğurlu danışıqlarla başa çatdırmağa üstünlük verərdi.

ABŞ və İran aprelin 11-də danışıqlar aparıblar. Tərəflər razılığa gələ bilməyiblər. İkinci raund danışıqların vaxtı məsələsinə gəlincə, Cey Di Vensin sözlərinə görə, bu sualı İran tərəfinə ünvanlamaq daha düzgün olar, çünki “top onların tərəfindədir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi