Modern.az

İran beş ölkədən təzminat tələb etdi

İran beş ölkədən təzminat tələb etdi

Dünya

Bu gün, 09:57

Rəsmi Tehran beş ölkədən kompensasiya tələb edir.

Modern.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin məktubunda bildirilib.

O qeyd edib ki, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İordaniya İran əleyhinə ABŞ–İsrail əməliyyatındakı rollarına görə təzminat ödəməlidir.

Əmir Səid İrəvani müvafiq məktubu BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədrinə göndərib.

“Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Qətər Dövləti, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya Haşimilər Krallığı beynəlxalq hüquqa zidd hərəkətlərinin nəticəsində İran İslam Respublikasına vurulan bütün maddi və mənəvi zərərə görə tam təzminat ödəməlidirlər”, – məktubda qeyd olunur.

İrəvani bunu belə izah edib ki, həmin ölkələr təkcə öz ərazilərini İrana qarşı hücumlar üçün təqdim etməyiblər, bəzi hallarda isə “mülki obyektləri hədəf alan qeyri-qanuni silahlı hücumlarda” birbaşa iştirak ediblər.

“Bu dövlətlərin öz ərazilərindən təcavüzkarlar tərəfindən istifadə olunmasına icazə verməsi İran İslam Respublikasına qarşı təcavüz aktı kimi qiymətləndirilir”, – deyə o əlavə edib.

İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mühacirani “RİA Novosti”yə bildirib ki, ABŞ və İsrailin bombardmanları nəticəsində İrana vurulan zərər ilkin hesablamalara görə 270 milyard dollar təşkil edir.

İran və ABŞ aprelin 11-də İslamabadda danışıqlara başlayıblar. Bundan əvvəl Donald Trump aprelin 8-nə keçən gecə Tehranla iki həftəlik atəşkəs razılaşmasının əldə olunduğunu bəyan etmişdi. Lakin artıq aprelin 12-si səhər ABŞ nümayəndə heyətinə rəhbərlik edən vitse-prezident Cey Di Vens tərəflərin razılığa gələ bilmədiyini açıqlayıb.

Sonradan Tramp ABŞ-ın Hörmüz boğazına daxil olmağa və oradan çıxmağa çalışan bütün gəmiləri blokadaya alacağını bildirib. O, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə boğazdan keçid üçün İrana ödəniş edən bütün gəmiləri izləmək və ələ keçirmək tapşırığı verib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Tel-Əvivdə bildirilib ki, zərbələrin məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Tramp isə İran donanmasını və müdafiə sənayesini məhv etmək niyyətində olduğunu açıqlayıb, həmçinin ölkə vətəndaşlarını rejimi devirməyə çağırıb.

Tehran buna cavab olaraq İsrail ərazisini və Yaxın Şərqdəki ABŞ bazalarını hədəfə alıb.

Martın 1-nə keçən gecə İran televiziyası ali dini lider ayətullah Əli Xameneinin həlak olduğunu elan edib.
Martın 9-da yeni ali lider kimi ayətullahın oğlu Müctəba Xamenei seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi