ABŞ İranla baş vermiş son qarşıdurma zamanı strateji əhəmiyyətli raket ehtiyatlarının ciddi hissəsini istifadə edib. Modern.az xəbər veirr ki, bu barədə CNN telekanalı məlumat yayıb. Bildirilib ki, ekspertlərin qiymətləndirməsinə əsasən, ABŞ "Precision Strike Missile" tipli raketlərin təxminən 45 faizini, THAAD zenit-raket komplekslərinin 50 faizə qədər tutucularını, eləcə də "Patriot" hava hücumundan müdafiə sistemlərinin demək olar yarısını sərf edib.
Bundan əlavə, "Tomahawk" qanadlı raketləri və uzaqmənzilli digər sistemlər üzrə ehtiyatların da 20–30 fazi azaldığı bildirilir.