Modern.az

Finlandiyada nüvə silahının yerləşdirilməsi müzakirə olunur

Finlandiyada nüvə silahının yerləşdirilməsi müzakirə olunur

Dünya

23 Aprel 2026, 15:38

Finlandiya hökuməti aprelin 23-də nüvə silahının ölkə ərazisinə gətirilməsi, daşınması və saxlanmasına icazə verilməsi ilə bağlı qanunvericilik təşəbbüsünü parlamentə təqdim edib.

Modern.az xəbər verir ki, Müdafiə qurumundan bildirilib ki, təklif “atom enerjisi haqqında qanun”a və cinayət məcəlləsinə dəyişiklikləri nəzərdə tutur. Qeyd olunub ki, bu addım müdafiə məqsədli vəziyyətlərdə, xüsusilə NATO çərçivəsində əməkdaşlıq kontekstində tətbiq edilə bilər.

Təklifə əsasən, nüvə silahının ölkəyə gətirilməsi və saxlanması yalnız hərbi ehtiyaclar çərçivəsində mümkün olacaq.

Eyni zamanda, ölkədə son vaxtlar müşahidə edilən qeyri-adi səma hadisələri xüsusilə Rusiyanın Plesetsk kosmodromundan buraxılan raketin izləri ilə bağlı görüntülər də ictimai narahatlıqları artıran amillərdən biri kimi qeyd olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...